Bağ evində işləyən qulluqçu ahıl kişini necə aldadıb? - Bakıda kuryoz iş

14-05-2019, 08:15 287 dəfə baxılıb

Bağ evində işləyən qulluqçu ahıl kişini necə aldadıb? - Bakıda kuryoz iş


“2013-cü il dekabrın 20-dən 2014-cü il martın 1-nə kimi bağ evində xadimə kimi işləyən Yüzbaşıyeva Zülfiyyə Alim qızı hissə-hissə borc pul alaraq, anasının aprelin ortalarında işdə oynadığı lotereya pulunu alaraq borcu qaytaracağına söz verdi. Müddət bitdikdən sonra müxtəlif bəhanələrlə vaxtı uzatdı və nəhayət, borcu qaytarmayacağını bildirdi”.

Bu sözləri “Yeni Müsavat”a şikayət məktubu ilə müraciət edən paytaxt sakini Oqtay Ağa oğlu Babayev bildirib. Bakının Moskva prospekti, ev 70, mənzil 25 ünvanında yaşayan O.Babayevin sözlərinə görə, Z.Yüzbaşıyeva bu günə kimi borcu qaytarmır, məhkəmələr onun tərəfindən çıxış edir, işinə baxılmır.

“İlk 800 manatdan anasına təcili lazım olduğu üçün 700 manatını poçtla göndərdiyini, 100 manatı özündə saxladığını dedi. 2014-cü ilin yanvarında göz yaşı tökərək bağda işləyənlərin qabağında qardaşının təcili əməliyyat olunması üçün anasına 500 manat lazım olduğunu söylədi. Yeganə qardaşının ölməməsi üçün diz çöküb yalvarmasına dözməyib ona 1200 manat verdim və ümumilikdə 2000 borcu olduğunu dedim. Fevralın ortalarında qardaşının qayınatasının yas məclisini yola vermək üçün yenə yalvar-yaxar elədi, 1000 manat şahidlərin yanında aldı. Özü də dedi ki, 3000 manat borcu oldu”, - deyə O.Babayev başına gələni nəql edir.

Bağ evində işləyən qulluqçu ahıl kişini necə aldadıb?

Onun dediyinə görə, 2014-cü il martın 5-də vəfat etmiş həyat yoldaşının məzarını ad günü münasibəti ilə ziyarət etməyə hazırlaşanda bağ evində qulluqçu işləyən həmin Zülfiyyə bir daha onun qarşısını kəsir, qızını məktəbə qoymaq üçün 500 manat borc xahiş edir və O.Babayev də verir: “Mən həm ata, həm babayam. Qara günüm üçün yığdığım pensiya pulumdan verdim ki, ehtiyacı olan insana dayaq olum. O, 3500 manat borcunu qaytarmadı və məcbur olub Xəzər Rayon Məhkəməsinə müraciət etdim. Əvvəlcə polisə şikayət elədim, mənə deyildi ki, bu iş məhkəməlikdir. Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundova şahidlərimi dinləmədən iddiamı rədd etdi. Apelyasiya Məhkəməsinin hakimi İlham Əsədov da cavabdehsiz iddiamı rədd elədi. Ali Məhkəmə də eyni addımı atdı. Mənə təsir edən hakimlərin soyuqqanlığı və ədalətsizliyi oldu. Hətta onlar cavabdehə çağırış göndərdiklərini dedilər. Poçtdan rəsmi məktub aldım ki, yalan deyirlər”.

Bağ evində işləyən qulluqçu ahıl kişini necə aldadıb?

O.Babayev deyir ki, məhkəmənin Z.Yüzbaşıyevanı müdafiə etməsinin səbəbi ona aydın deyil: “Görünür, rüşvət məhkəmələrin onun xeyrinə qərar vermələrinə vadar edib. Hakim Zeynəb Axundova imzaladığı məktubda qeyd edir ki, guya 10 və 25 noyabr 2016-cı il tarixlərində keçirilən məhkəmə proseslərinə gəlməmişəm. Bundan Zülfiyyənin heç xəbəri olmayıb. Çünki Zülfiyyəyə noyabrın 1-də göndərilən məktub 16-da ünvan tam olmadığından məhkəməyə qaytarılıb. Həmin adam müxtəlif adamlardan pul qoparıbmış. Mən Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana, Ali Məhkəmənin sədrinə yazmışam. Ancaq işimə baxılmır, şahidlərim dindirilmir ki, borc pul alıb qaytarmadığını təsdiqləsinlər”.

O.Babayev bildirir ki, Z.Yüzbaşıyeva ona Xəzər Rayon Məhkəməsində beləcə də deyib: “Sənin 3500 manatını hakimlərə verəcəm ki, bir qəpik də ala bilməyəsən”.

Şikayətçi bundan əlavə, redaksiyamıza Z.Yüzbaşıyeva ilə aralarında olan telefon mesajlarının stenoqramını təqdim edir. Mesajlardan görünür ki, borc alan şəxs borc verəndən üzr istəyir, ona böyük hörməti olduğunu qeyd edir və pulu qaytarmağa zaman istəyir. Növbəti mesajda isə and içərək deyir ki, 2016-cı ilin sonuna kimi 3500 manatı hissə-hissə tam qaytaracaq.

Yazıda adı keçən şəxsin telefon nömrələri bizə təqdim edilsə də, ona zəng çatmadığından mövqeyini öyrənmək mümkün olmadı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR