Qısqanc kişi arvadının, qızının və daha iki nəfərin qanını tökdü - Bakıda DƏHŞƏTLİ QƏTL

20-05-2019, 11:55 357 dəfə baxılıb

Qısqanc kişi arvadının, qızının və daha iki nəfərin qanını tökdü - Bakıda DƏHŞƏTLİ QƏTL


Bakıda dəhşətli qətl baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR