Azərbaycanlı və kürd qruplaşmaları müharibə astanasında-Sverdlovsk uğrunda savaş başlayır

20-05-2019, 20:26 776 dəfə baxılıb

Azərbaycanlı və kürd qruplaşmaları müharibə astanasında-Sverdlovsk uğrunda savaş başlayır

Rusiyanın Ural zonasındakı ən böyük şəhəri olan Yekaterinburqda güc strukturları gücləndirilmiş iş rejiminə keçib.
Bu böyük şəhərdə çoxdandır ki, qorunub saxlanılan stabillik pozulmaq üzrədir. Kriminal müharibə hər an başlaya bilər.
Əslində belə müharibələr Sverdlovsk vilayəti üçün yad deyil. 90-cı illərin ortalarında baş verən “razborkalar” o qədər qanlı olurdu ki, dünya mediasına belə yol tapırdı.
Qanqster zamanı çoxdan keçib. Ancaq bu ayın 18-də kriminal avtoritet Koroğlu Məmmədovun həbsdən çıxması bir anda hər şeyi dəyişə bilər.
Milletinsesi.info xəbər verir ki, hamının Karo ləqəbilə tanıdığı bu qanuni oğru həbsdə olduğu müddətdə əlindən çıxmış mövqelərini bərpa etməyə çalışacaq. Bu halda o hansı qüvvələrlə üz-üzə gələcək?




Giya susqunluğu pozacaq

Karo 2011-ci ildə həbs olunmuşdu. Biznes şəriki, milliyyətcə çeçen olan Səid Boqatıryovun şikayəti əsasında məsuliyyətə cəlb olunmuşdu.
Koroğlu Məmmədov klassik oğru məktəbinin yetirmələrindəndir. Həbsxanalarla bol olan Ural zonasında hörməti çoxdur. Şəhərə qayıtsa ona qoşulanlaın sayı az olmayacaq. Biri elə əfsanəvi oğru, kriminal aləmin sabiq “xaç atası” Aslan Usoyanın (Ded Xasan) qardaşı nəvəsi Giya Sverdlovskiy ( Geogi Akoev). O da nüfuzlu “vor zakon”lardandır.
Ancaq azadlığa çıxdığı cəmisi 2 ildir. 2017-ci ildə 11 illlik həbs cəzasını çəkdikdən sonra Sverdlovskiyə qayıdıb. Lakin heç bir aktiv fəaliyyəti olmayıb. Göz girməməyə çalışıb.
Koroğlunun qayıdışı ilə onun cəbhəsində yer alacağı gün kimi aydındır.

“Uralmaş” və “əfqanlıar”


Qeyd edək ki, 90-cı illərdə Yekaterinburqda kriminal sferanı bölüşən bir neçə qruplaşma vardı.
Oğruların “obşak”ına “Ded Xasan”-ın adamı, qanuni oğru Novruz Abbasov nəzarət edirdi. Tərtərli Zaur adı ilə ilə tanınan bu avtoritetin ətrafında Andrey Trofimov (Ləqəbi Trofa), Teymur Mirzoyev (Teymur Tbiliskiy), həmçinin Karo var idi.
Klassik oğrular həmin vaxt şəhərin əhəmiyyətli hissəsinə nəzarət edən qüdrətli “Uralmaş” mafiyası ilə baş-başa gəlirdilər. Tərəflər arasında qanlı toqquşmalar olmuşdu.
Belə toqquşmaların birində naxçıvanlı Kəramət adı ilə tanınan avtoritet “Uralmaş” qanqsterlərinə yük maşınına quraşdırdığı pulemyotdan atəş açmışdı.
Zamanla “Uralmaş”-ın bütün liderləri öldürüldü.
Bu gün bu qruplaşmanın sağ qalan üzvlərinin 50-60 yaşı var. Onlar leqal bizneslə məşğul olurlar.
O vaxtın böyük qruplaşmalarından bir də “əfqanlar” idi.
Bunlar vaxtilə Sovet ordusı sıralarında Əfqanısatanda vuruşmuş keçmiş döyüşçülər idi. 90-cı illərdə keçmiş döyüşçülər “Əfqan cəmiyyəti “ yaratdılar və Yekaterinburqda xeyli əraziyə nəzarəti ələ aldılar.
Bunlardan ən böyüyü Sortirovkada yerləşən “Əfqan bazarı” idi.
Zamanla onlar da leqal biznesə keçdilər . Hazırda ən böyük yatırımları tikinti sektorundadır. Kriminal müharibəyə qarışacaqları inandırıcı deyil.



Savaş başlayarsa...

Güc strukturklarının məlumatına görə son aylarda şəhərə bir neçə “vor zakon” təşrif buyurub.
Bunlardan biri belarus əsilli oğru Valeri Gerasimov olub. “Mumu” ləqəbi ilə daha çox tanınan oğru Ural kriminaliteti arasında möhkəmlənmək istəyib . Ancaq yerli hüquq-mühafizə orqanları ondan xoşa-xoşluqla şəhəri tərk etməsini tələb ediblər. O da gedib.
“Malay” ləqəbli Eduard Qavrilovun da Urala gəlişi alınmayıb. O Andrey Trofimovun adamı kimi tanınırdı. “Trofa”-nın isə oğru statusu əlindən alınıb.
Polis məlumatına görə şəhərdə ən güclü mövqelərə ənənəvi olaraq azərbaycan qruplaşmaları malikdir.
Tərtərli Zaurun (2002-ci ildə rəhmətə gedib) vaxtından bu dəyişməyib.
Lənkaranskidən sonra azərbaycanlı qruplaşmalar Lotu Qulinin nəzarətinə keçib.
Türkiyədə məskunlaşan Quli skayp vasitəsilə Uraldakı adamları ilə əlaqə saxlayır, məşvərət keçirir.
Çox güman ki, milliyyətcə yezidi olan Koroğlu Məmmədov Ural uğrunda savaşa başlasa müharibə kürd və azərbaycanlı qruplaşmalar arasında gedəcək.
Qeyd edək ki, Sverdlovskidə məskunlaşan yezidi kürdlərinin sayı kifayət qədərdir. Ancaq azərbaycanlılar yenə də ən azı 5 dəfdə çoxdur.
İlqar Atabəyli




loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR