Jurnalist vəhşicəsinə döyüldü-QOBUDA

16-06-2019, 22:46 373 dəfə baxılıb

Jurnalist vəhşicəsinə döyüldü-QOBUDA


Dünən axşam Abseron rayonun Qobu qəsəbəsinin ərazisində jurnalist Sakit Muradova qarşı bir qrup səxslər tərəfindən xüliqanlıq edərək nəticədə sağlamlığına ağır zərər vurmaqla həyatina qəsd etmişlər. Jurnalistin təhlükəsiz yaşamaq hüququ pozularaq, metal əşyayla döyüb ağır xəsarətlər yeridiblər. Hazırda zərərçəkmiş şəxslər ağır vəziyyətdə xəstəxanadadırlar. Xatırladaq ki, hücuma məruz qalmış, hazırda xəstəxanada ölümlə mübarizə aparan jurnalist Sakit Muradov ailəlidir, xeberxakt.az xəbər portalin baş redaktorudur və hadisə zamanı jurnalistin ailə üzvü olan qardasıda döyülüb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məsələni tam nəzarətə götürüb və araşdırma aparır.
İlkin olaraq qeyd etmək olar ki, hadisəni qrup halında törədən şəxslər AR CM-nin 221.2.1-ci “Xuliqanlıq” və 126.2.1-ci Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cəzalandırıla bilər.
Qeyd edək ki, bu hadisə artıq bütün həmkar jurnalistlərin diqqət mərkəzindədir. Inanırıq ki, bu hadisəni törətmiş təqsirkar şəxslər dövlətimizin qanunları qarsisinda öz layiqli və ədalətli cəzasını alacaqlar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR