Pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət edib - FOTO

16-09-2019, 12:57 343 dəfə baxılıb

Pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət edib - FOTO

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.
Bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir".

Q.Hüseynli Müdafi nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.

Pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət edib - FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR