Quliyə qarşı sxodka planlaşdırılır – Kriminal aləm qan çanağına dönə bilər

17-09-2019, 19:37 675 dəfə baxılıb

Quliyə qarşı sxodka planlaşdırılır – Kriminal aləm qan çanağına dönə bilər



Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu (“Quli”) kriminal dünyanın ali statusundan məhrum etmək üçün “sxodka” planlaşdırılır.

AzFakt.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Səlifovun rəqibləri artıq bunun üçün səbəb də tapıblar. Onların iddiasına görə, “Quli” Qazaxıstanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Səlifova qarşı bu ittiham onun yaxın adamı olan qazax əsilli Arman Cumagəldiyevin Qazaxıstanın xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsi olması barədə məlumatlardan qaynaqlanır.

Digər tərəfdən Arman Cumagəldiyev (“Dikiy Arman”) gürcü “qanuni oğru” Quram Çıxladzeyə (“Kvejoeviç”) əl qaldırıb. Hadisə Çixladze ilə Səlifovun görüşü zamanı baş verib. Cumagəldiyev Çixladzenin statusundan xəbərsiz olduğunu desə də, gürcü “qanuni oğru”lar Badri Koquaşvili (“Badri Kutaisi”) və Emzar Caparidze (“Kvatiya”) “Quli”ni ali statusundan məhrum etmək üçün “sxodka” tələb ediblər. Bu məsələdə onlara nüfuzlu “qanuni oğru” Zaxari Kalaşovun (“Şakro Molodoy”) da dəstək verdiyi bildirilir.

Lakin “sxodka” Koquaşvili və Caparidzenin əleyhinə çevrilib. Cumagəldiyev “sxodka”da etdiyi hərəkətlə bağlı izahat verib və “qanuni oğru”ların böyük əksəriyyəti onun əməlində qəbahət görməyiblər. Digər tərəfdən məlum olub ki, “Quli”ni mühakimə edən “qanuni oğru”ların başqa kriminal avtoritetlərlə konflikti var. Bu, onların statuslarının şübhə altına alınmasını şərtləndirib. Beləliklə, Səlifov bu “sxodka”dan qalib ayrılıb.

Bunun üstündən bir neçə gün keçdikdən sonra Rusiya KİV-lərində Arman Cumagəldiyevin Qazaxıstanın xüsusi xidmət orqanları ilə əlaqədə olduğu barədə məlumat yayılıb. Bu məlumat Nadir Səlifov barədə də şübhələrə səbəb olub. Müşahidələr göstərir ki, “Quli”ni “vurmaq” üçün ciddi iş aparılır. Demək olar ki, hər gün Rusiya mediasında onun barəsində müxtəlif məlumatlar yayılır. Ekspertlər Səlifovun statusunun əlindən alınacağına dair müxtəlif mülahizələr irəli sürürlər. “Sxodka”ya qədər Səlifovun reputasiyasını zədələmək, onu hövsələdən çıxarmaq və yanlışlara yol verməyə sövq etmək üçün ən müxtəlif üsullardan istifadə olunur. Hətta “Quli”nin könüllü şəkildə titulundan imtina edəcəyi barədə iddialar səsləndirilir.

Lakin Səlifov çox sakit görünür və hiss olunur ki, o nə öz titulundan vaz keçmək, nə də Cumagəldiyevi qurban vermək niyyətindədir. Əksinə, o, bu günlərdə “İnstagram” səhifəsində Cumagəldiyevlə birgə fotosunu paylaşıb


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR