Masallıda toy günü bəy gəlini vurdu - Toy gəlinsiz qaldı

18-09-2019, 17:32 481 dəfə baxılıb

Masallıda toy günü bəy gəlini vurdu - Toy gəlinsiz qaldı

Masallı rayonunun Xocavar kəndində bəyin kobud hərəkəti nəticəsində toyda gəlinsiz qalması barədə dünən xəbər vermişdik.

Azerinfo.tv-nin məlumatına görə, bəy bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib.

Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə şillə vurub.

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 02.00-a qədər toy olub, vur-çatlasın davam edib. Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Bu gün rayon sakinləri bəyin gəlinə şapalaq vurmasının səbəbini Milli.Az-a yazıblar. Qonşu kənddən olan qızla oğlan bir ay əvvəl nişanlanıblar. Toy günü gözəllik salonunda gəlinin bəylə gəlinlik paltarı üstündə mübahisəsi düşüb. Gəlinin açıq-saçıq gəlinlik paltarı seçməsi bəyin xoşuna gəlməyib. Qız isə israrla həmin paltarı geyinəcəyini bildirib. Bəy isə dözməyərək ona bir şapalaq vurub. Sonda isə ailə qurulmadan dağılıb./


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR