Oleq Bakinskinin qızının toyunda lotunu kim şil-küt edib?

15-10-2019, 11:06 276 dəfə baxılıb

Oleq Bakinskinin qızının toyunda lotunu kim şil-küt edib?

Kriminal aləmdə "Nedelya” və ya "Lvov” kimi tanınan Ukraynanın kriminal avtoriteti Andrey Nedzelski Kiyevdə tacdan məhrum edilib və döyülüb. Bu barədə Ukrayna Milli Polisi rəhbərinin keçmiş müavini Vyaçeslav Abroskin Feysbuk hesabında məlumat verib.
Məlumatda bildirilir ki, hadisə 12 oktyabr şənbə günü digər kriminal avtoritet Oleq Bakinskinin ailəsindəki toyda baş verib. Abroskinin dediyinə görə, üç qanuni oğru Nedzelskini tacdan məhrum edərək, "şiddətli döyüb və həmin ərazidən kənarlaşdırıblar". O əlavə edib ki, artıq Ukraynada cinayətkar qrupun liderlərindən biri azaldı, və "bu da çox yaxşıdır.

"Criminalnaya Rossiya” portalı xəbər verir ki, onu hazırda həbsdə olan "Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanının üzvləri döyüblər. Hazırda "Nedelya”nın vəziyyəti olduqda ağırdır. Münaqişə isə belə başlayıb ki, "Şakro Molodoy”un adamlarından "Yurya Moldovan” ləqəbli Yuri Yerinyak "Nedelya”nı "oğrulara qarşı sifarişlər verməkdə” günahlandırıb. "Nedelya” isə buna cavab olaraq əlini yelləyib və belə iddiaları "fraer” (kriminal jarqonda aşağılayıcı ifadə) adlandırıb. Bu zaman "Şakro Molodoy”un toyda iştirak edən qohumları-David Ozmanov ("Dato Krasnodarski”) , Nodari Asoyan ("Nodar Rustavskiy”) və Nodar Aloyan ("Nodar Tbilisskiy” ) bu sözü Şakronun özünə qarşı təhqir kimi qiymətləndiriblər.
Dava başlayıb və "Şakro Molodoy”un adamları Nedzelskini döyərək onun artıq "qanuni oğru” adı daşımadığını bildiriblər. Nedzelskinin bundan əvvəl Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələri barədə xəbər yayılmışdı, amma o həmin iddialarla bağlı heç bir reaksiya verməyib, izahatla çıxış etməyib və həmkarları ilə təmaslardan qaçıb. Hesab edilir ki, Kiyevdəki insident Ukraynadakı kriminogen situasiyanı dərginləşdirə və kriminal qruplaşmalar arasında hesablaşmalara səbəb ola bilər.
criminal.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR