200 uşağa təcavüz edəni həbsxanada doğradılar - Bəzi bədən əzaları da kəsildi..

15-10-2019, 13:24 296 dəfə baxılıb

200 uşağa təcavüz edəni həbsxanada doğradılar - Bəzi bədən əzaları da kəsildi..

200 uşağa təcavüz edən britaniyalı Riçard Xakl Yorkşirdəki Full-Katton həbsxanasında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq zərbələri və bəzi bədən əzalarının kəsildiyi aşkar edilib.

Xəbərdə deyilir: “Full Katton həbsxanasının məhkumu 13 oktyabrda ölüb. Əlavə şərh vermək yersiz olar, hal-hazırda polis istintaqı davam edir".

BBC-nin məlumatına görə, Xakl öz kamerasında öldürülüb. Adamın bədənində çoxsaylı xəsarətlər və bıçaq yaraları aşkarlanıb. Eyni zamanda "The Telegraph" yazır ki, zərbələr əldə düzəldilmiş bıçaqla vurulmuşdur.

Bildirilir ki, 2016-cı ildə Riçard Xakl, Malayziya və Kambocada azyaşlı uşaqlara təcavüz etdiyinə görə ömürlük cəza alıb. Hər iki ölkədə, fotoqraf və İngilis dili müəllimi kimi çalışan Riçard kasıb bölgələrdən olan uşaqlar ilə ünsiyyət qurub. Xakl qurbanlarının şəkillərini çəkir və sonra da şəkilləri İnternetdə satırdı. Saxlanıldıqdan sonra onun kompüterində uşaqlar üzərində yaramazlıqları əks etdirən 20 min foto və video tapılıb.

Bundan əlavə, Xakl cinayətləri haqqında ətraflı danışdığı "Pedofiliya və yoxsulluq: Uşaq aşiqləri üçün təlimat" kitabını nəşr etdirib. Xüsusilə, o yazırdı ki, "kasıb ailələrdən olan uşaqları Qərbin orta sinif uşaqlarına nisbətən aldatmaq daha asandır".

Məhkəməyə görə, Kuala Lumpurdakı 6 aydan 12 yaşa qədər kasıb ailələrdən olan 200-dən çox uşaq Xaklın qurbanı olub. "Bir şəxs tərəfindən törədilən bu böyüklükdə cinsi hüquq pozuntularına dair hökm çıxarmaq çox nadir haldır"-hakim deyib.moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR