Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: - “Qatili evdən qovmuşdum”

17-10-2019, 16:40 261 dəfə baxılıb

Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: - “Qatili evdən qovmuşdum”


Binəqədidə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

"Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi".

Bu sözləri hadisə yerində olan Lent.az -ın əməkdaşına mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib. Danışarkən göz yaşlarını saxlaya bilməyən Rahib İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi:

"Bacım onunla heç bir il deyildi ki, evli idi. Vaqif evsiz, işsiz bir adamdı. Biz Qərbi Azərbaycanlıyıq, onlar əslən Bərdə rayonundandır. Bu gördüyünüz həyətdə 2 otaqlı 2 evim var. Birini kirayə verirdim. Bacımgilin evləri yox idi deyə, dedim yazıqdılar gəlib qalsınlar. Nə bilərdik belə olacağını?! Vaqifin hər gün içib evə gəldiyini öyrənəndə isə onu evdən qovdum. Son vaxtlar burada bizimlə yaşamırdı. Arabir bacıma hədə qorxu gəlirmiş ki, barışsınlar. Dünən də mən evdə olmamışam. Gəlib bacımı da öldürüb, anamı da. Bundan ürəyi soyumayıb meyitləri də yandırıb. Səs-küyə eyni həyətdə qalan bibimgil gəlib".

Bu sözləri deyib bitirdikdən sonra Rahib İsmayılov əlini üzünə tutaraq ağlamağa başladı: “Hələ dəfn edilməyiblər, hazırda məsciddə yuyulur”.

Qardaşın dediyinə görə hələ ki, kürəkən tərəfin ailəsindən heç kim onlara gəlməyib.

Xatırladaq ki, hadisə dünən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. 1971-ci ol təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini-qaynanasını bıçaqlayıb. Qətli törədən şəxs hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özünü isə qaçarkən Azaqdlıq prospektində avtobus vurub. Vaqif Hüseynov 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR