Kriminal avtoritet “Taro” İspaniyaya ekstradisiya olundu

24-10-2019, 10:18 334 dəfə baxılıb

Kriminal avtoritet “Taro” İspaniyaya ekstradisiya olundu



“Taro” ləqəbli (Tariel Muluxov) kriminal avtoritet Rusiyadan İspaniyaya ekstradisiya olunub.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN nümayəndəsi İrina Volk bildirib. Onun sözlərinə görə, “Taro” cinayət maddələri üzrə İspaniya tərəfindən axtarışda olub. Kriminal avtoritet hava limanında ispan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, “Taro” moskvalı biznesmenin oğurlanmasına görə Rusiyada 10 il azadlıqdan məhrumetmə cəzası almışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR