Qanuni oğru həbsxanadan çıxıb dəlixanaya düşdü-FOTO

30-03-2020, 17:22 249 dəfə baxılıb

Qanuni oğru həbsxanadan çıxıb dəlixanaya düşdü-FOTO


41 yaşlı Levan Buliskeriya kriminal aləmdə tanınmış simalardandır. Kriminal aləmdə daha çox Levan Qalskiy ləqəbilə tanınır.
Sabahnews.az xəbər verir ki, o məşhur qanuni oğru Ded Xasan tərəfindən sonuncu taclandırılan şəxslərdəndir.
Əmisioğlu İrakliy Buliskeriya da qanuni oğru adı daşıyır.
3 il əvvəl Moskvada həbs olunmuş Levan yenicə həbsxanadan çıxıb. Amma azadlıqda qalmaq nəsib olmayıb. Cəzasını çəkdiyi Minusinsk həbsxanasında onunla necə “profilaktik söhbət” ediblərsə ağlı gedib.
Onu hazırda Dmitrovqraddakı əsəb dispanserinə yerləşdiriblər.
Qanuni oğru bildirib ki, başında ayrı adam yaşayır, dərman içəndə itir, içməyəndə geri qayıdır.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR