Azərbaycanda qəzet redaksiyası qarət olundu

17-07-2018, 10:16 382 dəfə baxılıb

Azərbaycanda qəzet redaksiyası qarət olundu



Mingəçevirdə qəzet redaksiyasından oğurluq olub.

Qarətçilər pəncərəni sındıraraq ''Mingəçevir'' qəzetinin redaksiyasına daxil olublar. İçəri daxil olan şəxs və ya şəxslər oradan 2 noutbuk götürüblər, 1 komputer prosesorunu isə yararsız vəziyyətə salıblar.

Ümumilikdə qəzetə 1800 manatdan artıq ziyan dəyib. Verilən məlumata görə, oğurlanan avadanlıqların yaddaşında qəzetə məxsus sənədlər, qəzetin növbəti nömrəsi üçün olan materiallar saxlanılıb. Hazırda redaksiyada iş prosesi dayanıb.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR