Beyləqanda tibbi eksperti iş otağında doğradılar

7-08-2018, 18:43 623 dəfə baxılıb

Beyləqanda tibbi eksperti iş otağında doğradılar


Bu gün 16:00 radələrində Beyləqanda ilginc cinayət hadisəsi baş verib.

Realmedia.az-ın rayonda olan əməkdaşı xəbər verir ki, Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya birliyi Beyləqan rayon şöbəsinin müdiri Fazil Bayramov iş otağında bıçaqlanıb.

Hadisəni törədən şəxs Beyləqan Mərkəzi Xəstəxanasında həkim işləyən Fazil Azadovun oğlu Xəlil Azadovdur. Bildirilir ki, X. Azadovu bir neçə ay qabaq kriminal elementlər döyüblər və xəsarət yetiriblər. Ancaq tibbi ekspert Fazil Bayramov xəsarəti yüngül kimi yazıb.Bu isə sonuncunun xoşuna gəlməyib, çünki onu döyən şəxslər məsuliyyətdən asan yaxa qurtarıb.

Hələlik hadisənin motivi barədə məlumat budur.

Yaralı ağır halda Beyləqan Mərkəzi Xəstəxanasına çatdırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR