“Hər kəsə əlvida, həbsxanada görüşərik...”- Atasını öldürüb sosial şəbəkədə fotosunu paylaşdı...

10-09-2018, 11:35 492 dəfə baxılıb

“Hər kəsə əlvida, həbsxanada görüşərik...”- Atasını öldürüb sosial şəbəkədə fotosunu paylaşdı...


Atasını öldürüb sosial şəbəkədə fotosunu paylaşdı.

Moderator.az xəbər verir ki, hadisə Türkiyədə Yedditəpə məhəlləsində baş verib. Narkotik istifadəçisi olduğu bildirilən Gökhan D. evə gələrək, atası Hilmi D. ilə məlum olmayan səbəblərdən mübahisə edib. Ata və oğulun mübahisəsi qısa zamanda davaya çevrilib və Gökhan evdə olan ov tüfəngi ilə atasına atəş açıb.

Silah səsini eşidən qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları Hilmini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Qısa müddət sonra hadisə yerindən qaçan Gökhan polis tərəfindən saxlanılıb.

Həbs edilən Gökhan hadisədən sonra sosial şəbəkədəki hesabında bu sözləri yazıb: “Hər kəsə əlvida, həbsxanada görüşərik”.

Sözsüz ki, atasını qətlə yetirən adamın ciddi psixoloji problemləri var, çünki ağılı başında olan adam valideynini qətlə yetirməz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR