İlyas İsmayılovun oğlu qətlə yetirilib

20-09-2018, 09:08 479 dəfə baxılıb

İlyas İsmayılovun oğlu qətlə yetirilib


Virtualaz.org Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, bir neçə saat öncə İstanbulda keçmiş baş prokuror, keçmiş ədliyyə naziri, keçmiş deputat, məşhur siyasi xadim İlyas İsmayılovun oğlu Etimad güllələnib.

Son illər Etimad İsmayılov İstanbulda bizneslə məşğul olurdu. O, Azərbaycanın və Türkiyənin məşhur jurnalisti Sevil Nuriyevanın əri idi. Sevil Nuriyeva Türkiyə prezidenti R.T.Ərdoğanın fəaliyyətini işıqlandıran jurnalist qrupuna daxildir.

Türkiyə KİV-lərinin məlumatına görə, Etimad İsmayılovu Bakının Suraxanı rayonunun keçmiş polis rəisi Gözəl Dəmirov öldürüb. Türkiyə KİV-lərinin ilkin məlumatına görə, münaqişənin səbəbi biznesdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR