Prokuror “Kürd Vüqar”a cəza istədi

3-10-2018, 11:04 410 dəfə baxılıb

Prokuror “Kürd Vüqar”a cəza istədi


Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

O deyib ki, məhkəmə istintaqı zamanı istintaq orqanı tərəfindən V.Hüseynovun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə düzgün tövsif olunması sübuta yetirilib. Prokuror çıxışının sonunda cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, V.Hüseynovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası oktyabrın 9-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.
Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

V.Hüseynov “Kürd Vüqar” ləqəbi ilə tanınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR