Bakıda kirayənişin 13 yaşlı qızı necə zorladı? - Təfərrüat

20-12-2018, 11:19 414 dəfə baxılıb

Bakıda kirayənişin 13 yaşlı qızı necə zorladı? - Təfərrüat


Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən İsmayılov Taleh Valeh oğlunun məhkəmə prosesi başlayır.

Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilən şəxsin məhkəmə prosesi dekabr ayının 26-da hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Y.V.Sergeyevna və atası tanınıb

İttiham aktına görə, bu ilin sentyabr ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü şəxs rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək, onu zorlayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR