EVİNİN ZİRZƏMİSİNDƏ NARKOTİK QİZLƏTMİŞDİ

4-01-2019, 23:01 521 dəfə baxılıb

EVİNİN ZİRZƏMİSİNDƏ NARKOTİK QİZLƏTMİŞDİ

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 3-də daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zizik kənd sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Fəxrəddin Şəfiyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən Fəxrəddin Şəfiyev üzərinə keçirilən şəxsi baxış zamanı ondan 3 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Bu zaman F.Şəfiyevə məxsus evin zirzəmisindən sellofan torbadan ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR