Daşkəsən sakini rayon mərkəzində quraşdırılmış "yolka"nı dağıdıb - Sonra isə...

11-01-2019, 17:22 363 dəfə baxılıb

Daşkəsən sakini rayon mərkəzində quraşdırılmış "yolka"nı dağıdıb - Sonra isə...


Daşkəsən rayonunda 41 yaşlı kişi özünə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Pərviz Abdullayev hələlik məlum olmayan səbəblərdən şəhər mərkəzində quraşdırılmış küknar ağacını (yolka) dağıdıb, ətrafdakı bir neçə işıq lampalarını sındırıb, həmçinin sol qoluna bıçaqla bir neçə kəsik ataraq özünə xəsarət yetirib. Onun həmin zaman sərxoş halda olduğu və yıxılaraq baş və qabırğa nahiyəsindən xəsarət aldığı da bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR