ƏMƏLİYYAT UĞURLA NƏTİCƏLƏNDİ

24-01-2019, 03:02 498 dəfə baxılıb

ƏMƏLİYYAT UĞURLA NƏTİCƏLƏNDİ


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib . RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.
Eşqin Qasımov
polis leytenantı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR