Şəmkirdə bağçadan oğurluq edən şəxs saxlanılıb

7-02-2019, 15:33 395 dəfə baxılıb

Şəmkirdə bağçadan oğurluq edən şəxs saxlanılıb


Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyalarıoğurlayıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurlanan əşyalar həmin ünvanda aşkarlanaraq istintaqa təhvil verilib.
İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib vəifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunubildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Eşqin Qasımov,
polis leytenantı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR