UEFA Neymarı 3 oyunluq cəzalandırdı

26-04-2019, 21:32 509 dəfə baxılıb

UEFA Neymarı 3 oyunluq cəzalandırdı


UEFA Fransanın PSJ komandasının futbolçusu Neymara 3 oyunluq cəza verib.

Unikal.org-un məlumatına görə, buna səbəb 27 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə "Mançester Yunayted"i ilə görüşdə hakimləri təhqir etməsidir.

Braziliyalı oyunçu 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Parisdəki görüş PSJ-nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fransa təmsilçisi İngiltərədəki qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə yüksələ bilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR