"Barselona"dan sonra Arda Turana daha bir şok

1-05-2019, 10:17 301 dəfə baxılıb

"Barselona"dan sonra Arda Turana daha bir şok

"Barselona"nın heyətinə qatmaq istəmədiyi və satmağı planlaşdırdığı Arda Turanla bağlı qeyri-müəyyənlik davam edir.
Kataloniya klubu "Başakşəhər"ə icarəyə verdiyi türk futbolçunu mövsümün sonunda satmaq niyyətindədi və klub axtarışına başlanılıb.

Məlumata görə, "Barselona" Ardanın transfer hüququnu almağı Super Liqa kluba təklif edib. Lakin "Başakşəhər" rəhbərliyi bu təklifə müsbət yanaşmayıb və futbolçunun transfer hüququnu almaqdan imtina edib.

Kataloniyalılar bu səbəbdən başqa klub axtarışına başlayıb. Hətta Ardanın "Qalatasaray"a da təklif olunduğu bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR