Qarabağda silsilə idman yarışları keçiriləcək – Şuşanın işğalına görə...

7-05-2019, 22:59 413 dəfə baxılıb

Qarabağda silsilə idman yarışları keçiriləcək – Şuşanın işğalına görə...


Erməni işöğalı altındakı Xankəndində seperatçılar tərəfindən beynəlxalq sambo turnirinə start verilib.



Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, “Zəfər kuboku” adlı turnirin açılışına qondarma “respublika”nın qondarma “prezidenti” də qatılıb. Turnrə bir sıra ölkələrdən, eləcə də Ukrayna və Rusiyadan idmançıların qatılacağı gözlənilir.



Məlumata görə, Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar olaraq Qarabağda çoxlu sayda digər idman tədbirlərinin keçirilməsi də gözlənilir.



Məlumat üçün qeyd edək ki, tarixi Azərbaycan şəhəri olan Şuşanın işğalı hər il ermənilər tərəfindən bayram kimi qeyd edilir, bununla bağlı siyasi tədbirlərlə yanaşı, idman yarışları da keçirilir. Bu isə erməni həyasızlığının heç bir sərhəd tanımadığını göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR