"Real" bu yay transferlərə nə qədər xərcləyəcək?

20-05-2019, 09:50 340 dəfə baxılıb

"Real" bu yay transferlərə nə qədər xərcləyəcək?

İspaniyanın "Real Madrid” klubunun yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib.

Paytaxt klubu oyunçularının satışından 200 milyon avro əldə etməyi planlaşdırır. "Real Madrid” rəhbərliyi yeni futbolçuların alınası üçün əlavə 100 milyon avro da ayırmağı düşünür. Beləliklə, "kral klubu”nun transfer büdcəsi 300 milyon avro təşkil edəcək.

Bildirilir ki, bu, yekun məbləğ olmaya da bilər. Məsələn, Fransa PSJ-si Neymarı satmaq istəsə, büdcənin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, "Real Madrid” Portuqaliya "Portu”su ilə müdafiəçi Eder Militaonun, Braziliya "Santos”u ilə isə cinah yarımmüdafiəçisi Rodriqonun keçidini razılaşdırıb. İspanlar bu futbolçulara müvafiq olaraq 45 və 50 milyon avro ödəyəcək. Bundan başqa Almaniya "Ayntraxt”ından forvard Luka Yoviçin də 60 milyon avro qarşılığında transferi üçün razılıq əldə olunduğu bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR