“Ronalduya real həyatda ilk dəfə bu qədər yaxın idim”

29-05-2019, 12:08 263 dəfə baxılıb

“Ronalduya real həyatda ilk dəfə bu qədər yaxın idim”


Avropanın nəhəng klublarının diqqət mərkəzində olan "Benfica"nın futbolçusu Joao Feliks klubun saytına açıqlama verib.

19 yaşlı hücumçu, Portuqaliya təmsilçisində xoşbəxt olduğunu deyib:

""Benfika"da olmaq mənim üçün xoşdur. Mən azarkeşləri, onlar da məni çox sevir. Hazırkı durumumdan və olduğum yerdən məmnunam. Gələcəyimlə bağlı bir şey deyə bilmərəm. Ancaq "Benfika"da çox xoşbəxtəm".

Feliks, Kriştianu Ronaldu ilə milli komandanın düşərgəsində bir yerdə olması haqqında da danışıb:

"Çox qəribə idi. Ronalduya real həyatda ilk dəfə bu qədər yaxın idim. O, oyun qəhrəmanı kimi görünürdü. Evə gedərkən, ailəmə, dostlarıma həmin anları danışdım.

Ronaldu ilə eyni düşərgədə olmaq xəyalların gerçəkləşməsi idi. Məşqdə nələr yaşadığımı xatırlaya bilmirəm. Tək düşündüyüm şey, Ronaldu ilə eyni mühitdə olmağım idi. Ən əsası, çox yaxşı bir an idi".

"Benfika" ilə 2023-cü ilə qədər müqaviləsi olan Feliks, geridə qalan mövsümdə 43 qarşılaşmada iştirak edərək, 20 qol vurub. Portuqaliya millisinə də dəvət alan hücumçuyla "Mançester Yunayted", "Atletiko", "Bavariya", "Çelsi", "Arsenal" kimi klublar yaxından maraqlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR