"Ayaks" "Atletiko"nun təklifini rədd etdi

7-06-2019, 10:13 360 dəfə baxılıb

"Ayaks" "Atletiko"nun təklifini rədd etdi


İspaniyanın "Atletiko" klubu "Ayaks"ın hücumçusu David Neresi transfer etmək üçün hərəkətə keçib.

Madrid təmsilçisi amsterdamlılara 45 milyon avroluq təklif yollayıb. "Ayaks" "Atletiko"nun ilk təklifini rədd edib. Klublar arasında danışıqlar davam edir.

Braziliyalı futbolçunun xidmətində "Çelsi" və "Liverpul"un da maraqlı olduğu qeyd olunur.

Neresin "Ayaks"la 2022-ci ilə qədər müqaviləsi var. 22 yaşlı futbolçu ötən mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR