Avropa nəhənginin transfer savaşı: hansını seçəcək?

8-06-2019, 09:55 279 dəfə baxılıb

 Avropa nəhənginin transfer savaşı: hansını seçəcək?

"Ayaks"ın gənc ulduzu Mattis De Liqtin yeni klubu yaxın günlərdə müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, onun hansı klubda oynayacağı milli komandaların oyunlarından sonra bəlli olacaq.

Bu barədə 19 yaşlı mərkəz müdafiəçisi özü məlumat verib: "İndi bütün diqqətimi milli komandanın oyunlarına yönəltmişəm. Oyunlardan sonra hansı kluba gedəcəyim bilinəcək".

Avropa mediasının məlumatına görə, De Liqt PSJ, "Barselona", "Yuventus", "Mançester Yunayted" və "Liverpul" arasında seçim edəcək. "Ayaks" onun satışından ən azı 70 milyon avro qazanacaq.

Qeyd edək ki, De Liqt 2018/19 mövsümündə 55 rəsmi oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR