İtaliya klubundan "Beşiktaş"a 7 milyonluq təklif
İtaliyanın "Latsio" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Dorukhan Toközü transfer hədəfinə alıb.
Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün İstanbul klubuna rəsmi təklif göndərib. "Latsio" bonuslarla birgə "ağ-qaralar"a 7 milyon avro təklif edib.
Xəbərdə "Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçi üçün 12 milyon avro tələb etdiyi qeyd edilib.
Qeyd edək ki,Dorukhan Toköz "Beşiktaş"a 2018-ci ildə "Əskişəhərspor"dan keçib.