Rabyo "Yuventus"da nə qədər qazanacaq?

2-07-2019, 13:20 309 dəfə baxılıb

Rabyo "Yuventus"da nə qədər qazanacaq?

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Yuventus"a keçməyə yaxındır.

Fransız futbolçu artıq Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. "Qoca sinyora" ilə 4 illik müqavilə bağlayacağı gözlənilən 24 yaşlı oyunçunun illik gəliri 7 milyon avro olacaq. Rabyonun anası və meneceri Veronika Rabyo isə bu keçiddən 10 milyon avro qazanacağı deyilir. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Qeyd edək ki, PSJ ilə müqaviləsini uzatmayan Rabyo iyulun 1-dən azad agent statusu qazanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR