PSJ Neymarın alternativini tapdı

28-08-2019, 13:09 303 dəfə baxılıb

PSJ Neymarın alternativini tapdı

PSJ komandanı tərk etmək istəyən Neymarın alternativini tapıb.

İngiltərənin "Mirror" nəşri xəbər verir ki, Paris klubu "Kristal Palas"dan Vilfrid Zahanın transferi üçün hərəkətə keçiib. Xəbərdə bildirilir ki, Premyer Liqa təmilçisi "Everton" və "Arsenal"ın təkliflərini bir neçə dəfə rədd etdiyi Kot-D`İvuar millisinin üzvü üçün 110 milyon avro tələb edir. PSJ isə bu transfer üçün 100 milyon avro ayırmaq niyyətindədi.

Qeyd edək ki, Zaha 2015-ci ildə "Mançester Yunayted"dən "Kristal Palas"a 3,8 milyon avroya transfer olunub. O, 2012-2013-cü illərdə İngiltərənin A Millisində 2 oyun keçirsə də, 2017-ci ildə Kot-D`İvuar yığmasına üz tutub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR