“Ronaldudan sonra 7 nömrəli formanı geymək asan deyil“

30-10-2019, 15:44 254 dəfə baxılıb

“Ronaldudan sonra 7 nömrəli formanı geymək asan deyil“


"Real"ın yarımmüdafiəçisi Eden Azar "Marca"ya açıqlamasında 7 nömrəli formanın önəmindən danışıb.

Bununla yanaşı, belçikalı futbolçu Madrid klubunun hədəflərindən bəhs edib:

"Kriştianu Ronaldudan sonra 7 nömrəli formanı geymək asan deyil. Bu formanın xüsusi tarixçəsi var.

İştirak etdiyimiz bütün turnirlərdə qalib olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Titul qazanmaq məcburiyyətindəyik. Çempionlar Liqasının vacib olduğunu başa düşürəm. ÇL-i qazanmaq üçün buradayam. Bu, hamı, xüsusilə də, mənim üçün böyük önəm kəsb edir.

Hazırda dünyanın ən yaxşı klubundayam və hədəflərimizə çatmaq üçün hər şeyi edəcəm".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR