Makqreqor Həbibi təhqir etdi - Kiçik siçovul, gəlirəm

20-12-2019, 11:55 334 dəfə baxılıb

Makqreqor Həbibi təhqir etdi - Kiçik siçovul, gəlirəm


İrlandiyalı döyüşçü Konor Makqreqor prinsial rəqibi Həbib Nurmaqomedova təhqiramiz mesaj göndərib.

Qol.az xəbər verir ki, özünün rəsmi İnstagram səhifəsinin “History” bölməsində öz şəklini paylaşan Konor bu sözləri yazıb: “Kiçik siçovul, mən gəlirəm”.

“The Sun” nəşri yazır ki, UFC prezidenti Dana Uayt Makreqorun Həbiblə revanş döyüşünə hazırlaşdığını deyib. Belə bir döyüşün 2020-ci ilin sonlarında keçirilə biləcəyi ehtimalı var. Hələlik bununla bağlı UFC rəsmi qərar verməyib.

Əlavə edək ki, yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC 246 turniri çərçivəsində Konor Makqreqorun Donald Serrone ilə göyüşü olacaq.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 6-da Həbiblə Konorun döyüşü keçirilib. Döyüşün dördüncü raunddunda dağıstanlı idmançı qələbəni təmin edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR