“AFFA uğrunda qruplararası savaş qızışır”

9-01-2020, 20:31 254 dəfə baxılıb

“AFFA uğrunda qruplararası savaş qızışır”

Xəbər verdiyimiz kimi, dünən AFFA-nın növbədənkənar iclası keçirilib. Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə edilmiş dəyişiklik və əlavələr olub. Dəyişikliklərə əsasən, AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13 üzvə qaldırılıb.

Eyni zamanda, federasiyada bundan sonra dörd vitse-prezident çalışacaq. 1-ci vite-prezident vəzifəsi isə ləğv edilib və icraçı vitse-prezident vəzifəsi təsis olunub. Bununla da, AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malik olub. Beləliklə, əgər, İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, bu zaman onu icraçı vitse-prezident əvəzləyəcək. Yanvarın 28-də isə AFFA-nın növbəti iclasının keçiriləcəyi nəzərdə tutulub.

Son vaxtlar istefaya göndərilməsi tələb olunan AFFA-nın baş katibi Elxan Məmmədov iclasda qəbul olunan dəyişikliyi bu cür şərh edib:

“Bu il növbədənkənar Konfrans təşkil olundu. Daha sonra İcraiyyə Komitəsi (İK) keçirildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. Milli komandanın baş məşqçi məsələsi də müzakirə edildi. Həmin vaxtadək namizədlər siyahısı yeni İcraiyyə Komitəsi üzvlərinə təqdim edilməlidir. İlk növbədə Nizamnaməni təkmilləşdirmək istədik. Bir sıra Komitə ləğv olundu. Əvvəlki Nizamnamədə bir sıra Komitənin fəaliyyəti nəzərdə tutulmuşdu. Onlar ləğv edildi. Ehtiyac olsa, İK yenilərini yaradacaq. İK üzvlərinin sayı artdı. Bu praktika beynəlxalq futbol qurumlarında da tətbiq edildi. Belə olan halda vitse-prezidentlərin sayını da artırmağa zərurət duyuldu. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və 3 vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də öz vəzifəsini icra edəcək”.

Lakin Azərbaycan futbol ictimaiyyətində və sosial şəbəkələrdə bu qərarlar fərqli şərh edilir və burada Elxan Məmmədovun gizli planlarının olduğunu düşünənlər də var. Onların əksəriyyəti bildirir ki, verilən qərarlar E. Məmmədovun AFFA-dakı idarəçiliyi ələ keçirməsinə hesablanmış addımdır.

Dünənki toplantı və qərarlarla bağlı AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin üzvü Anar Xanlarov fikirlərini açıqlayıb. O bildirib ki, Avro-2020-dən sonra rəhbərlik bütünlüklə istefaya göndəriləcək:

“Görünən budur ki, kartlar tam açılmadı və hər şey yanvarın 28-ə saxlanıldı. Böyük ehtimalla təsdiqlənən odur ki, Rövnəq Abdullayev yavaş-yavaş türklər demişkən "oyun dışı" buraxılır. Belə baxanda, onsuz da bu günə qədər de fakto hər şey bu cür idi. Abdullayev federasiya prezidneti olsa da, bütün işləri faktiki Elxan Məmmədov idarə edirdi. Amma müəyyən məsələlər var idi ki, həmin məsələlərdə son düyməni AFFA prezidenti basırdı.

Amma yeni yaradılan icraçı vitse-prezident postu həmin postu tutacaq şəxsə birbaşa AFFA prezidenti səlahiyyətlərini idarə etmək ixtiyarı verəcək. Yəni, bundan sonra Rövnəq Abdullayevin formal prezidentlik şkalası tam dolacaq. Güman ki, Avro-2020-dən sonra da yerini həmin icraçı vitse prezidentə verib gedəcək.

İndi əsas məsələ həmin icraçı vitse-prezident postunu kimin tutacağıdır. Əgər həmin postu Elxan tutsa, o zaman qorxduğumuz başımıza gələcək. Yəni qısa desək, Rövnəq gedəcək, yerini Elxan tutacaq. Yox, həmin posta tamam bir başqa şəxs, yəni üçüncü şəxs gətirilsə, o zaman bu o anlama gələcək ki, Avro-2020-dən sonra hazırkı AFFA rəhbərliyi tamamilə istefaya gedəcək və yeni heyət formalaşacaq. Bir sözlə, yanvarın 28-ni gözləmək lazım gəldi”.

Tanınmış idman yazarı Amal Abuşov “Yeni Sabah”a açıqlamasında Elxan Məmmədovun AFFA-nı ələ keçirəcək qədər ağıllı olduğunu düşünmədiyini söyləyib:

“Elxan Məmmədovun təkbaşına hansısa plan qurub, AFFA-nı ələ keçirəcək qədər cəsarətli və ağıllı olduğunu düşünmürəm. O da müəyyən bir qruplaşmanın üzvü və iş icraçısıdı. Arxasındakı əllər olmasa, heç bir səlahiyyəti də yoxdur. Məncə, AFFA uğrunda qruplararası savaş qızışır və dünənki qərarlar müəyyən bir qrupun ömrünün uzanmasına, mövqelərin bərkidilməsinə hesablanıb”.

A.Abuşov bu qərarlardan sonra futbolumuzda hansısa dəyişikliyin olmayacağını deyib: “Hansısa dəyişiklik olması inandırıcı deyil. Çünki islahat adı verilən dəyişikliklər sırf kabinetlərə hesablanıb, yaşıl meydanlara yox.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR