“Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm“ - Sarri

24-01-2020, 11:02 246 dəfə baxılıb

“Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm“ - Sarri

"Yuventus"un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

O, ölkə kubokunda "Roma"ya 3:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vuran portuqaliyalı hücumçu bağlı deyib:

"Ronaldo hazırda qeyri-adi fiziki və psixoloji durumdadır. Qərarlı oynayır və qollarını vurur. Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm. Bəlkə bəzi müdafiə anlarında yaxşı ola bilər. Onun hazırkı formasında mənim xidmətlərimin olduğunu deyə bilmirəm. Ronaldo kimi nümunəvi övlad yetişdirdiyi üçün anasını təbrik etmək lazımdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR