"Azərbaycana uduzduqdan sonra yata bilmirdik"

4-02-2020, 10:15 218 dəfə baxılıb

"Azərbaycana uduzduqdan sonra yata bilmirdik"

"Elit-raund bizim üçün çox çətin keçdi. Hər şey son turda müəyyənləşdi".

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Rusiya yığmasının kapitanı Danil Davıdov deyib.

DÇ-2020-nin elit-raundunda Azərbaycan millisi ilə eyni qrupda yer alan ruslar yığmamıza məğlub olsalar da, digər iki oyunda qələbə qazanaraq, final mərhələsinə adlayıblar. Davıdov komandamıza yenilginin onları çox narahat etdiyini söyləyib: "Azərbaycana uduzduqdan sonra iki gün çətin psixoloji vəziyyətdə olduq. Uşaqlar yata bilmirdilər. Xorvatlar isə minimum tapşırığı yerinə yetirmişdilər və son turda tribunaların dəstəyini aldılar. Ancaq əsl xarakter göstərdik, döyüşərək qalib gəldik".

Qeyd edək ki, C qrupunda Rusiya 6 xalla birinci yeri tutaraq mundiala vəsiqə qazanıb. Azərbaycan millisi isə 4 xalla qrupu 3-cü pillədə başa vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR