Klopp Minaminodan sonra daha bir futbolçunu gətiri

11-02-2020, 10:13 234 dəfə baxılıb

Klopp Minaminodan sonra daha bir futbolçunu gətiri


"Liverpul" klubu yay transfer pəncərəsi üçün növbəti keçidi həll etməyə hazırlaşır.

İngiltərə mətbuatı xəbər verir ki, "mersisaydlılar"ın baş məşqçisi Yurqen Klopp Almaniyanın "Leyptsiq" klubunun əsas üzvü Timo Verneri bəyənir və onu öz sərəncamında görməkdə israrlıdır. 23 yaşlı hücumçu mövsüm ərzində 29 oyunda 25 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Bununla bağlı Vernerin özü də mətbuata açıqlama verib. "Kicker"ə danışan almaniyalı futbolçu özü də bu təklifi dəyərləndirdiyini və bunu baş tuta biləcəyini gizlətməyib.

Qeyd edək ki, sözügedən futbolçu ilə İngiltərənin "Çelsi" və "Mançester Yunayted" kimi klubları da maraqlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR