Qurban Qurbanov: Çox ümid edirəm ki, Bakıda qol vura biləcəyik

30-07-2015, 13:56 851 dəfə baxılıb

Qurban Qurbanov: Çox ümid edirəm ki, Bakıda qol vura biləcəyik


















“Bizim gözəl azarkeşlərimiz var, onlar bizə yardım edəcəklər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Seltik” ilə (0:1) keçirilən matçı şərh edib.

“Mən hələ oyuna qədər demişdim ki, bu matç yalnız bir qol fərqi ilə məğlub ola biləcəyimiz matçdır, bu da bizim üçün normal olardı, - azinfo.tv Qurbanovun sözlərindən sitat gətirir. – Amma 1:0 “Seltik” üçün də yaxşı nəticədir. Biz səfərdə keçirdiyimiz görüşdə qol vurmaq istəyirdik, amma alınmadı. Çox ümid edirəm ki, Bakıda qol vurmağa nail olacağıq.

Mən komandamın oyunundan razıyam. Biz bilirdik ki, çətin olacaq. İndi hər şey cavab görüşündə həll olacaq.

Bizim üçün “Seltik park”da oynamaq çox həyəcanverici idi, amma Bakıda da çoxsaylı azərbaycanlı azarkeşlər olacaq və siz maraqlı oyunun şahidi olacaqsınız. Bizim gözəl azarkeşlərimiz var və onlar bizə yardım edəcəklər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR