Maldini “Milan”a qayıdır

10-07-2018, 17:17 440 dəfə baxılıb

Maldini “Milan”a qayıdır

"Milan"ın sabiq kapitanı Paolo Maldini tezliklə kluba qayıda bilər.

Onun yeni strukturda vəzifə tutacağı bildirilir.

"Elliot Management" fondu hazırda klubun rəhbər postlarına yeni namizədlər axtarışındadı. Siyahıda Maldinin də adı yer alıb. Sabiq futbolçuya komandada texniki direktor postunu tutmaq təklif olunub.

Qeyd edək ki, Maldini futbolçu kimi bütün karyerasını "Milan"da keçirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR