Ronaldunun Ançelotti ilə qovuşmaq cəhdi baş tutmadı

15-07-2018, 18:52 407 dəfə baxılıb

Ronaldunun Ançelotti ilə qovuşmaq cəhdi baş tutmadı


Juventus-un yeni transferi olan Kriştianu Ronaldu Turin komandasından əvvəl Napoli-yə keçməyi planlaşdırıb.

Bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb. Portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib. Napoli-nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə Real-da onun rəhbərliyi altında çıxış edib. Juventus portuqaliyalı üçün ehtiyat variant olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR