"Mənə qarşı oynasaydın, səni məhv edərdim"

26-07-2018, 14:13 373 dəfə baxılıb

"Mənə qarşı oynasaydın, səni məhv edərdim"



Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Kilian Mbappenin DÇ-2018-dəki çıxışı haqda danışıb.

O, "Le Parisien"ə açıqlamasında gənc hücumçunun rəqiblər üçün arzuolunmaz futbolçu olduğunu deyib:

"Mbappe meydanda etdiyi driblinqlərlə, oyunu ilə rəqiblərini gözdən salırdı. O, ehtiyatlı olmalı idi. Heç bir futbolçu alçalmaq istəməz. Bir dəfə Mbappeyə dedim ki, bəxtin gətirib ki, mənə qarşı oynamamısan. Mən səni meydanda məhv edərdim. Və inan ki, yalnız sarı vərəqə ilə cəzalanardım".

Xatırladaq ki, Fransa millisi ilə DÇ-2018-in qalibi olan 19 yaşlı forvard turnirin ən yaxşı gənc futbolçusu seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR