"Qarabağ" Avropa nəhənglərindən öndə: Milan, İnter, Qalatasaray

9-08-2018, 23:35 440 dəfə baxılıb

"Qarabağ" Avropa nəhənglərindən öndə: Milan, İnter, Qalatasaray



Avropa klublarının son 5 mövsümdəki nəticələrinə görə yeni reytinq siyahısı açıqlanıb.

Cədvəldə 6 Azərbaycan komandası da yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə "Qarabağ"dadı. Ağdam təmsilçisi 20,500 xalla qitənin 64-cüsüdü. 65-ci sırada İtaliya "İnter"i, 63-cü pillədə İngiltərə "Lester"i qərarlaşıb. "Qarabağ" cədvəldə "Milan", "Valensiya", "Qalatasaray", "Leypsiq" kimi tanınmış klubları da qabaqlayır.


Təmsilçilərimiz arasında ikinci ən yaxşı nəticə "Qəbələ"dədi. "Qırmızı-qaralar" 6,250 xalla 157-ci pillədə qərarlaşıb.

Digər Azəraycan klubları - "Keşlə", "Neftçi", "Zirə" və "Kəpəz" 3,625 xalla daha 6 komanda ilə birgə 258-268-ci yerləri bölüşdürür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR