“Mançester Yunayted” Zidanla maraqlanır

1-10-2018, 15:13 441 dəfə baxılıb

“Mançester Yunayted” Zidanla maraqlanır


İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyoya əvəz axtarır və artıq Zinəddin Zidanla danışıqlar aparıb.
Növbəti həftə ərzində Mourinyonun taleyinə aydınlıq gəlməlidir. Portuqaliyalının Zidanla əvəzlənəcəyi gözlənilir.

Fransalı mütəxəssislə yanaşı argentinalı Maurisio Poçettinonun da namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, daha öncə Zidan Qətər millisinin baş məşqçisi vəzifəsindən imtina edib.

Fransalı mütəxəssisin son iş yeri Madrid “Real”ı olub. Zidan Kral klubu ilə ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR