Qüdrət Nuriyev: “Hesab edirik ki, alpaqutçular paytaxtla yanaşı həmdə cəbhə xəttinə yaxın bir məkanda öz güclərini sınamalıdırlar.”

14-10-2018, 12:19 299 dəfə baxılıb

Qüdrət Nuriyev: “Hesab edirik ki, alpaqutçular paytaxtla yanaşı həmdə cəbhə xəttinə yaxın bir məkanda öz güclərini sınamalıdırlar.”



AAF-nın prezidenti Qüdrət Nuriyev: "Hesab edirik ki, alpaqutçular paytaxtla yanaşı həmdə cəbhə xəttinə yaxın bir məkanda, ərazisinin üçdə iki hissəsinin düşmən tərəfindən işğal olunmuş rayonda öz güclərini sınamalıdırlar.” 20 oktyabrda Ağdamda keçiriləcək Alpaqut Turan döyüş sənəti üzrə III Azərbaycan Kubokuna bir həftə qalıb. Yarış ərəfəsində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevin müsahibəsini sizlərə təqdim edirik. Qeyd edək ki, bu yarışın rəsmi informasiya dəstəyi "Obyektiv.info” saytıdır.

- Qüdrət müəllim, qarşıdan Alpaqut Turan döyüş sənəti üzrə III Azərbaycan Kuboku gəlir. Siz Azərbaycan Alpaqut Federasiyasının prezidenti olmaqla yanaşı, həm də bu yarışın Təşkilat Komitəsinin sədrisiz. Bu baxımdan, ilk sualımız bu yarışa hazırlıq işləri ilə bağlı olacaq. Hazırlıq işləri hansı səviyyədə gedir ?
-Artıq Azərbaycan Kubokuna bir həftə qalıb. Ancaq hazırlıq işlərinə xeyli vaxtı başlanılıb. Yarışın Təşkilat Komitəsinin yaradılması haqqında 06 oktyabr 2018-ci il tarixli əmr imzalamışam. Təşkilat Komitəsinin hər bir üzvü öz üzərinə düşən görəvləri yerinə yetirməkdədir. Federasıyamızın baş katibi hər gün hazırlıq işlərinin gedişi barədə mənə məlumat verir və mən də Təşkilat Komitəsinin sədri kimi öz tapşırıqlarımı verirəm. Bu yarış bizim idmançılar üçün çox əhəmiyyətli yarışdı. Belə ki, gələn ayın 23-25 də Bakıda keçiriləcək Alpaqut Turan döyüş sənəti üzrə Dünya çempionatına lisenziya qazanmaq istəyən alpaqutçu mütləq Azərbaycan Kubokunda gücün nümayiş etdirməlidir. Odur ki, hər komanda bu yarışa ciddi hazırlaşır. İnanıram ki, bu yarış gərgin mübarizə şəraitində keçəcək.
- Yəni, Azərbaycan Kubokunda iştirak edib yer tuta bilməyən idmançı Dünya çempionatına buraxılmayacaqi ?
- Bəli, Ağdamda keçiriləcək Azərbaycan Kuboku Dünya çempionatına çıxış üçün lisenziya yarışıdır.
- Bu yarışın niyə məhz Ağdamda keçirilməsinə qərar verdiz?
- Alpaqut tək idman növü deyil. Həmdə vətənpərvərlik ideyalarını özündə birləşdirən və bunu təbliğ edən bir milli döyüş növüdür. Hesab edirik ki, alpaqutçular paytaxtla yanaşı həmdə cəbhə xəttinə yaxın bir məkanda, ərazisinin üçdə iki hissəsinin düşmən tərəfindən işğal olunmuş rayonda öz güclərini sınamalıdırlar. Bu addım həmdə bölgədə idmanın inkışafına və Alpaqut Turan döyüş sənətinin təbliğinə xidmət edəcək.
- Federasiya prezidenti olaraq, bu yarışda iştirak edəcək idmançılara ədalətli hakimlik vəd edirsizmi ?
- Buna heç kəsin şübhəsi olmasın. Bizim federasiyanın daxilində həm peşəkar hakimlər hazırlayan Hakimlər Komitəsi və həm də yarışları idarə edəcək Hakimlər Kollegiyası fəaliyyət göstərir. Hakimlərimiz daima öz üzərlərində çalışmaqla ustalıqlarını artırırlar. Odur ki, idmançılarımızı bu yarışda ədalətli hakimlik vəd edirəm.
- Bu yarışda, Federasiyaya hər hansı maddi dəstək olurmu?
- Mən ilk əvvəl Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyinə, Nazirliyin İdman şöbəsinə dərin təşəkkürümü bildirmək istəyirəm. Nazirlik bu yarışda bizə mənəvi və maddi köməyini əsirgəmədi.
- Qüdrət müəllim, Siz artıq 6 aydır ki, AAF-nın prezidentisiz. Bu müddət ərzində Federasiyaya hansı yeniliklər gətirmisiniz ?
- Bilirsiz, mənim öz fəaliyyətimə qiymət verməyim təvəzökarlıqdan uzaq olar. Ancaq, onu deyə bilərəm ki, mən hələ Federasiyanın birinci vitse prezidenti olduğum dövrdən AAF-nın inkişafı üçün çalışmışam. Son altı ay müddətində Federasiya daxilində struktur dəyişiklikləri etmişik, yeni qüvvələr struktura daxil edilib. Bu yeniliklər Federasiya daxili bir çox problemlərin həlli ilə nəticələnib. Təbii ki, hələ qarşıda görüləsi işlər çoxdur və Federasiya rəsmiləri ilə birlikdə bu işləri həyata keçirəcəyimizə inanıram. - Müsahibə üçün təşəkkür edirik və Sizə bu yarışda uğurlar arzu edirik. - Bu yarışa verdiyiniz informasiya dəstəyinə görə, bizdə sizin saytın rəhbərliyinə təşəkkür edirik.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR