"Real"dan Kavani üçün 60 milyon avro
"Real" PSJ-nin futbolçusu Edinson Kavanini transfer etməkdə israrlıdır.
Madrid klubunun prezidenti Florenino Peresin məhz bu qış uruqvaylı hücumçunu komandada görmək istəyir. "Real"ın Kavani üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd eək ki, E.Kavani bu mövsüm 12 matçda 9 qol vurub, 1 qolun ötürməsini verib.