Balotelliylə bağlı sürpriz qərar: 1,5 milyon avroya satılır

28-12-2018, 12:47 371 dəfə baxılıb

Balotelliylə bağlı sürpriz qərar: 1,5 milyon avroya satılır


"Nitsa" cari mövsüm aşağı performans sərgiləyən Mario Balotelliylə bağlıqərar verib.

İtaliyalı millisinin üzvündən qurtulmağın yollarını axtaran Fransa klubu onu satmağa qərar verib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, "Nitsa" 28 yaşlı forvardı 1,5 milyon avroya satmağa hazırdır. Daha öncə Balotellini 3 milyon avroya satmaq istəyən klub təklif almadığı üçün qiymətdə endirim edib.

"Nitsa" illik 3,7 milyon avro maaş alan forvardın əvəzinə yeni hücumçu axtarmağa başlayıb.

Qeyd edək ki, baş məşqçi Patrik Vieyranı da boğaza yığan Balotelli cari mövsüm cəmi 10 oyun keçirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR