"Yuventus" 32 yaşlı hücumçu ilə müqavilə yeniləyir

7-01-2019, 09:24 391 dəfə baxılıb

"Yuventus" 32 yaşlı hücumçu ilə müqavilə yeniləyir


"Yuventus"un hücumçusu Mario Mancukiç Turin klubundan ayrılmayacaq.

Xorvatiyalı futbolçu "qoca sinyora" ilə müqaviləsinin müddətini uzatmağa yaxındır. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvardın yaxın günlərdə İtaliya klubu ilə 2 illik sözləşmə imzalayacağı gözlənilir. Yeni anlaşmaya əsasən, onun illik maaşı 7,5 milyon avro olacaq.

Qeyd edək ki, Mancukiçin hazırkı müqaviləsi 2020-ci ilə qədərdir və futbolçu ilinə 4,5 milyon avro qazanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR