Riberi yenidən "Qalatasaray"da?

8-01-2019, 10:29 518 dəfə baxılıb

Riberi yenidən "Qalatasaray"da?


Qış fasiləsində iddialı transferlər həyata keçirmək istəyən "Qalatasaray"ın ulduz futbolçu alacağı bildirilir.

İstanbul klubunun "Bavariya"nın fransız futbolçusu Frank Riberiyə "elçi düşdüyü" gündəmə gəlib.

Bu iddiaya şərait yaradan isə Riberinin başına gələn xoşagəlməz hadisə olub. Belə ki, futbolçu sosyal şəbəkədə ona tənqid yazanlara söyüşlə cavab verib. Onun bu addımı isə alman ictimaiyyətində birmənalı qarşılanmayıb. "Bavariya" rəhbərliyinin də Riberini komandadan göndərmək istədiyi bildirilir.

Alman klubundan ayrılmağı düşünən futbolçunun sabiq komandası "Qalatasaray"a keçmək istədiyi irəli sürülüb.

Qeyd edək ki, Riberi 2005-ci ildə "Qalatasaray"da çıxış edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR