"Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır

11-01-2019, 13:37 401 dəfə baxılıb

"Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır


İspaniyanın "Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışığa başlayıb.

"The Sun” xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Peres ötən ay İngiltərə "Mançester Yunayted”inin baş məşqçisi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir.

Lakin 54 yaşlı məşqçi sabiq klubundan qovulmağının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik "Real Madrid”də işə başlaya bilmir.

Qeyd edək ki, Mourinyo uğursuz nəticələr səbəbi ilə "Mançester Yunayted”dən kənarlaşdırılıb. O, 2010 – 2013-cü illərdə "Real Madrid”in baş məşqçisi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR